Asim Xudiyev “Tvente”nin oyununa təyinat aldı


Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA Avropa Konfrans Liqasına təyinat alıb.

Yeniavaz.com AFFA.az-a istinadla xəbər verir ki, Asim Xudiyev III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Tvente” (Niderland) – “Çukariçki” (Serbiya) matçının hakim-inspektoru olacaq.

Qeyd edək ki, Niderlanddakı matç avqustun 11-də keçiriləcək.

Xatırladaq ki, AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək də Niderlanddakı matça təyinat alıb. Türkiyəli mütəxəssis UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin PSV (Niderland) – “Monako” (Fransa) matçının hakim-inspektoru olacaq.

DİGƏR XƏBƏRLƏR

Top