Gürcüstan Azərbaycanın Londondakı səfirliyinə hücumu pislədi - Yenilənib

Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov ilə Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Yeniavaz.com-a verilən məlumata görə, Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili 4 avqustda Londondakı Azərbaycan səfirliyinə qarşı baş verən hücumu qınayıb və ölkəmizlə həmrəylik ifadə edib.

Ceyhun Bayramov dəstəyə görə gürcü həmkarına təşəkkür edib. O, baş verən təxribatın hərtərəfli araşdırılması və cavabdeh şəxslərin qanun qarşısında cavab verməsinin vacibliyini vurğulayıb və bununla bağlı Birləşmiş Krallığın müvafiq qurumları tərəfindən müvafiq işin aparıldığını qeyd edib.


***19:01
Gürcüstan xarici işlər naziri İlia Darçiaşvili Azərbaycanın Londondakı səfirliyinə qarşı törədilmiş təxribatla əlaqədar azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Gürcüstanın XİN başçısı İlia Darçiaşvili  “Aktual.ge”yə açıqlamasında bildirilib. O bildirib ki, ölkəsi avqustun 4-də baş vermiş hadisəyə görə Azərbaycana tam dəstək verir. 
 

DİGƏR XƏBƏRLƏR

Top