Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son günlər Qarabağda baş verən prosseslərlə bağlı danışıb.
Yeniavaz.com "TRT Haber"ə istinadən xəbər verir ki, Ərdoğan əsgərimizin şəhid olduğu hücumu pislədiyini qeyd edib:
“Üçtərəfli Bəyannamədən iki ilə yaxın vaxt keçir. Ermənistanın buradakı öhdəliklərini tez bir zamanda yerinə yetirməsi vacibdir”, - deyə o əlavə edib.
Ərdoğan Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşən ərazisi olduğunu və bu ərazidə hər hansı qanunsuz silahlı ünsürlərin varlığının yolverilməzliyini vurğulayıb.