“İşğal olunan 20% ərazinin 80%-i azad olunub” - Siyahı


“Rusiya sülhməramlıları Qarabağa gələndən sonra, 10 noyabrda imzalanan bəyanata əsasən hərəkət etməyə başladılar. Bunun üçün əllərində olan SSRİ xəritəsinə əsasən davranırdılar. O xəritədə isə keçmiş Ağdərə rayonu mövcud idi. Hansı ki, Ağdərənin kəndləri Tərtər, Ağdam, Kəlbəcər rayonları arasında bölünüb. Bəs hansı ərazilər tam olaraq rus-erməni birləşmələrinin əlində qalıb?”
Yeniavaz.com
xəbər verir ki, bunu jurnalist Həbib Müntəzir bildirib.
“Siyahını sizə təqdim edirəm:
1. Laçın şəhəri və rayonun bir neçə kəndi (Laçın dəhlizindən dolayı),
2. Xankəndi şəhəri,
3. Şuşa rayonunun 1 qəsəbəsi, 36 kəndi,
4. Xocavənd şəhəri, rayonun 1 qəsəbəsi, 45 kəndi,
5. Xocalı şəhəri, rayonun 1 qəsəbəsi, 44 kəndi,
6. Kəlbəcərin üçdə biri, yəni 30-a yaxın kənd (Ağdərənin köhnə kəndləri)
7. Ağdamın 8 kəndi (Ağdərənin köhnə kəndləri)
8. Tərtər rayonuna aid Ağdərə şəhəri və 15-ə yaxın kənd (Ağdərənin köhnə kəndləri)
9. Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi (Ermənistan ərazisindəki anklavlar və eksklavlar)
10. Və ümumilikdə əvvəllər Dağlıq Qarabağ adlandırılan inzibati ərazi, orda olan yüksəkliklərlə birlikdə. (Hadrut qəsəbəsi və Şuşa şəhərini çıxmaqla)
"Daha nə qaldı?" deyənlər üçün: Ermənilərin işğal etdiyi 20% ərazinin 80% işğaldan azad olunub”, - H. Müntəzir qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top