"Ümid edirik ki, ayın 24-ü prokurorluq ittihamı geri çəkər" - İlkin Süleymanovun qardaşı


"Mən də avqust ayının 24-də onun azad ediləcəyi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatları oxumuşam. Biz onun nə dərəcə dəqiq olduğunu bilmirik, amma ümid edirik elə də olar".

Yeniavaz.com xəbər verir ki, bu sözləri İlkin Süleymanovun qardaşı Adil Süleymanov Publika.az-a bildirib.

"Ümid edirik ki, ayın 24-ü prokurorluq tərəfindən bu ittiham geri çəkilər. Bu, ola bilər. Amma dəqiq məlumatımız yoxdur. Bilirsiz, islahatlar gedir. Mən inanıram ki, islahatlar nəticəsində bu cinayət işində saxtakarlıq edən şəxslər ifşa olunacaq və onlar həbs ediləcək. Bu cinayət işi özü saxtadır. Bu gün də İlkin haqqında yalan məlumatlar verirlər", - A.Süleymanov deyib.

Qeyd edək ki, Tovuz rayon Dindar Quşçu kənd sakini İlkin Süleymanov həmkəndlisi, 2009-cu il təvəllüdlü Nərmin Quliyevanı oğurlayıb qətlə yetirməkdə, cəsədini isə yandırmaqda ittiham edilir. İ.Süleymanova qarşı CM-in 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham irəli sürülüb.

DİGƏR XƏBƏRLƏR

Top