“Azərsu” ASC Bakı və Gəncənin su təchizatına 5 milyard manat xərcləyəcək?


“Azərsu” ASC-nin keçirdiyi tender müsabiqəsinin qalibləri müəyyən olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, qalib şirkətlər “Arko Təmir Tikinti Şirkəti” MMC və “Maqro Construction MMC-nin Azərbaycan Respublikasındaki filialı və AKM Yapı Taahhüt Sanayti ve Ticaret Şirketi” Birgə Müəssisəsi olub.
Belə ki, açıqlanan məlumatda “Azərsu” ASC Bakı şəhəri üzrə su təchizatı və kanalizasiya sisteminin bir hissəsinin yenidən qurulması işlərinin satın alınması xidmətinə görə “Arko Təmir Tikinti Şirkəti” MMC-yə 511 milyon 505 min 76 manat ödəyəcəyi qeyd olunub.
“Maqro Construction MMC-nin Azərbaycan Respublikasındaki filialı və AKM Yapı Taahhüt Sanayti ve Ticaret Şirketi” Birgə Müəssisəsi isə Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinin satın alınmasına görə “Azərsu” ASC-dən 4 milyard 947 milyon 605 min 986 manat alacağı bildirilib.
Qeyd edək ki, 10 manat nizamnamə kapitalı olan “Arko Təmir Tikinti Şirkəti” MMC-nin qanuni təmsilçisi Əhmədov Rasim Qazməmməd oğludur. Şirkət 25 fevral 2011-ci ildə təsis edilib.
“Maqro Construction MMC-nin Azərbaycan Respublikasındaki filialı və AKM Yapı Taahhüt Sanayti ve Ticaret Şirketi” Birgə Müəssisəsi isə 7 may 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Emrah Ucardı.
Xatırladaq ki, “Azərsu” ASC-nin yuxarıda qeyd olunan tenderlərindəki məbləğin yüksək olması inandırıcı görünmür. Bundan əvvəl də bir neçə dəfə dövlət satınalmalarının yerləşdirildiyi portalda rəqəmlər texniki olaraq səhv qeyd olunub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top