Türk əsgəri şəhid oldu


Türkiyənin İraqın şimalında həyata keçirdiyi “Pençe-Kilit” əməliyyatında bir türk əsgəri şəhid olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əməliyyat şərçivəsində baş çavuş Rəşad Ərgin şəhid olub.

Qeyd edək ki, aprelin 18-də Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalında PKK (Kürd Fəhlə Partiyası) terror təşkilatının yaraqlılarına qarşı “Pençe-Kilit” anti-terror hərbi əməliyyatlarına başlayıb.


DİGƏR XƏBƏRLƏR

Top