Tarantino bu filmə "ən yaxşı" dedi


Amerikalı rejissor Kventin Tarantino Stiven Spilberqin 1975-ci ildə çəkdiyi “Javs” filmini bütün zamanların ən yaxşı filmi adlandırıb.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, Tarantino bundan yaxşı film çəkilmədiyini iddia edib:
“Kino nöqteyi-nəzərindən “Javs”dan yaxşı heç nə olmayıb. Bu, indiyə qədər çəkilmiş ən yaxşı filmdir”.
Onun sözlərinə görə, çoxları Spilberqin uğurunu təkrarlamağa çalışsa da, indiyədək heç kim buna nail ola bilməyib.
“Javs” filminin süjetində turistlər qondarma Amiti adasının sularında üzərkən nəhəng insan yeyən köpəkbalığının hücumuna məruz qalırlar. Yerli polis rəisi yırtıcı ilə mübarizə aparmaq qərarına gəlir. Bunun üçün o, köpəkbalığı ovçusu və okeanoloqu cəlb edir.

DİGƏR XƏBƏRLƏR

Top