
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Türkiyəyə qaz tədarükünün qismən rublla ödənilməsi barədə razılaşıblar.
Yeniavaz.com TASS-a istinadla xəbər verir bu barədə jurnalistlərə Rusiya baş nazirinin müavini Aleksandr Novak iki lider arasında aparılan danışıqların yekunlarına dair açıqlamasında bildirib.
“Türkiyə ilə kifayət qədər böyük həcmdə, ildə 26 milyard kubmetr qaz tədarükününün vacib komponenti müzakirə olunub. Danışıqlar əsnasında prezidentlər razılaşdılar ki, qazın tədarükünə başlanılsın və ödəniş qismən rublla edilsin”, - deyə Novak vurğulayıb.