Qırğız Respublikasının Xarici İşlər Nazirliyi Böyük Britaniyadakı Azərbaycan səfirliyinə hücumu pisləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qırğız Respublikasının Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“Qırğız Respublikasının Xarici İşlər Nazirliyi 2022-ci il avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyinə hücumu və onun əmlakına qarşı törədilmiş vandalizm aktını qətiyyətlə pisləyir.
Biz hadisənin hərtərəfli və obyektiv araşdırılmasına, günahkarların məsuliyyətə cəlb olunmasına çağırırıq”, - deyə bəyanatda bildirilib.