Səfirliyimizə hücumun səbəbi Binə qəsəbəsində baş verənlərdir? - Fotolar


Xəbər verdiyimiz kimi, 4 avqust 2022-ci il tarixində Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi “The Mahdi Servants Union” (Mehdinin xidmətçiləri ittifaqı) adlı radikal dini qruplaşmanın hücumuna məruz qalıb. Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında Azərbaycan bayrağı yerinə dini bayraq qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Daha sonra London polisi səfirliyə hücumla bağlı 8 nəfərin saxlanıldığını bildirib. Məsələnin ən çox müzakirə olunan tərəflərindən biri də hadisənin törədilmə səbəbidir. Sosial şəbəkə istifadəçiləri səfirliyə hücumun səbəbi ilə bağlı müxtəlif variantlar isrəli sürüblər.

Yeniavaz.com xəbər verir ki, özünü radikal qruplaşmanın Mətbuat katibi kimi təqdim edən Hicam Laxar şəxsi tvitter hesabında səfirliyə hücumla bağlı açıqlama yayıb.

Açıqlamada səfirliyə hücum və eyvanda dini bayraq qaldırılmasına səbəb kimi bir neçə gün əvvəl Xəzər rayonunun Binə qəsəbəsində baş verən hadisə göstərilib.


Sözügedən qəsəbə sakini olan qadın polislər tərəfindən şiddətə məruz qaldığını iddia etmişdi.
Daxili İşlər Nazirliyi isə açıqlama verərək qadının iddialarını təkzib etmişdi.
“Xəzər rayonu Binə qəsəbəsində yaşayan qadının polis haqqında iddiaları əsassızdır, ona qarşı heç bir təzyiq edilməyib. Radikal dini şüarların təbliği, ictimai yerlərdə hansısa yazıların və dövlət bayrağından başqa digər bayraqların qaldırılması yolverilməzdir.
Bütün bunları nəzərə alaraq, həmin şəxslərlə polis tərəfindən müvafiq izahedici söhbətlər aparılmaqla islami tələblərin yerinə yetirilməsində dünyəvi dəyərlərə əməl edilməsi, qanun və qaydalara riayət edilməsi tövsiyə olunub. Polis tərəfindən qanun və qaydaları pozmayan şəxslərə qarşı hansısa hüquqi-profilaktik tədbir görülmür”.

DİGƏR XƏBƏRLƏR

Top