Baydenin koronavirus testi yenidən müsbət çıxdı


Koronavirusa yoluxan ABŞ prezidenti Co Bayden yeni testdən verib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki,Baydenin testi bu dəfə də müsbət çıxıb. Bu barədə dövlət başçısının həkimi Kevin Konnor məlumat yayıb. "Prezident bu gün özünü çox yaxşı hiss edir. Onun hələ də arabir öskürməsi var, amma vəziyyəti yaxşılaşır”, - deyə o qeyd edib.
Xatırladaq ki, koronavirusa yoluxan və müalicə alan Baydenin test nəticəsi bir neçə gün əvvəl mənfi çıxmışdı.

 

DİGƏR XƏBƏRLƏR

Top