ABŞ Dövlət katibi Entoni Blinken və Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun görüşü baş tutacaq.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi məlumat yayıb.
Qeyd edək ki, Blinken və Lavrov 29 iyulda telefonla danışmışdılar.