Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Entoni telefon danışığı aparıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departementi məlumat yayıb. Bildirilib ki, tərəflər gündəmdə olan digər məsələlərlə yanaşı Azərbaycan və Ermənistan arasında dialoqu da müzakirə ediblər. Blinken vurğulayıb ki, Vaşinqton Azərbaycan və Ermənistan arasında dialoqun asanlaşdırılmasına və uzunmüddətli danışıqlara nail olunmasına töhfə verməyə hazırdır.