Mərkəzi Seçki Komissiyasının (MSK) Nəzarət-Təftiş Xidməti qurulub.
Yeniavaz.com xəbər verir ki, bu, MSK-nın bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.
Məsələ barədə Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova məlumat verib.
O bildirib ki, Nəzarət-Təftiş Xidmətinin rəhbəri Ramiz İbrahimov, üzvləri isə İlham Məmmədov, Tofiq Həsənov, Maliyyə Nazirliyinin nümayəndəsi, Dövlət Vergi Xidmətinin nümayəndəsi, Hesablama Palatasının nümayəndəsi olacaq.