Rusiya XİN-dən Qarabağdakı hadisələrlə bağlı təxribatçı bəyanat - Foto


“Laçın dəhlizi ərazisində və qoşunların təmas xəttinin digər hissələrində gərginliyin artması ilə bağlı son dərəcə narahat olduğumuzu bildiririk. Təəssüf ki, ölənlər var. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik”.

Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilib.
"Rusiya sülhməramlıları yerlərdə vəziyyəti sabitləşdirmək üçün bütün səylərini göstərir. Hər iki tərəflə bütün kanallar və bütün səviyyələrdə, o cümlədən ölkənin ali rəhbərliyi ilə aktiv iş aparılır. Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov azərbaycanlı və erməni həmkarları ilə sıx təmasdadır.
Biz tərəfləri təmkinli olmağa və atəşkəs rejiminə riayət etməyə çağırırıq. Biz ondan çıxış edirik ki, mövcud ziddiyyətlərin həlli yalnız siyasi-diplomatik vasitələrlə, tərəflərin mövqeləri nəzərə alınmaqla və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il bəyanatının müddəalarına ciddi riayət edilməklə həyata keçirilməlidir.
Biz əminik ki, tərəflərin səyləri mövcud üçtərəfli danışıqlar formatları çərçivəsində Bakı və İrəvan arasında münasibətlərdə müsbət gündəliyin formalaşmasına cəmlənməlidir".
Qeyd edək ki, Rusiya XİN-in rəsmi saytında dərc edilən bəyanatda Azərbaycana qarşı təxribata yol verilib və “Dağlıq Qarabağ” ifadəsi işlədilib.


DİGƏR XƏBƏRLƏR

Top