Bakıda həkimin övladı və anası döyülüb? - DİN-dən açıqlama


Daxili İşlər Nazirliyindən Həkim Esmira Qurbanovanın övladının, anasının və anasının rəfiqəsinin naməlum 5 qadın tərəfindən döyülməsi iddiası ilə bağlı bəzi sosial şəbəkə səhifələrində yayılan məlumatlara münasibət bildirilib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Yeniavaz.com-a bildirib ki, hadisə avqustun 1-də Dənizkənarı Milli Park ərazisində baş verib:

"Belə ki, vətəndaş E.Qurbanovanın anası İ.Babayeva və anasının rəfiqəsi A.Nəsirovanın tanımadıqları 3 qadınla aralarında münaqişə yaşanıb. Bununla bağlı müvafiq polis orqanında araşdırma başlanılıb. Tərəflərin xəsarətlərinin müəyyən edilməsi üçün ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

DİGƏR XƏBƏRLƏR

Top