Rusiya Qarabağda yaşananlara görə Azərbaycanı ittiham etdi


Rusiya Müdafiə Nazirliyi bu gün - avqusutun 4-də yaydığı açıqlamada Qarabağda baş verən qarşıdurmaya görə Azərbaycanı ittiham edib.
Yeniavaz.com
“The Moscow Times”-a istinadən xəbər verir ki, Rusiya tərəfi baş verən hadisədə Azərbaycan tərəfinin atəşkəsi pozduğunu və vəziyyəti normallaşdırmaq üçün hər iki tərəflə danışıqlar aparıldığını bildirib.
Qeyd edək ki, ötən gün - avqust ayının 3-də Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin törətdiyi təxribat nəticəsində 1 əsgərimiz şəhid olub. Daha sonra ordumuzun “Qisas” adı altında keçirdiyi anti-terror əməliyyatlarında separatçı rejimin 4 əsgəri məhv edilib, 19-u isə yaralanıb.
Ordumuz əməliyyatdan sonra bir sıra strateji yüksəkliklərə nəzarəti təmin edib.

DİGƏR XƏBƏRLƏR

Top