
Bu ilin iyul ayının əvvəlinə olan məlumata görə, BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 268 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
Yeniavaz.com "BP-Azərbaycan" şirkətindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə BP şirkətində çalışan azərbaycanlıların sayı 3,2% və ya 76 nəfər azalıb.
Son 7 ildə BP şirkətində işləyən azərbaycanlı işçilərin sayı:
Tarix | İşçilərin sayı |
1 iyul 2016 | 2 903 |
1 iyul 2017 | 2 743 |
1 iyul 2018 | 2 669 |
1 iyul 2019 | 2 510 |
1 iyul 2020 | 2 485 |
1 iyul 2021 | 2 344 |
1 iyul 2022 | 2 268 |
A. Cəfərov