Çin Xalq Azadlıq Ordusu Tayvan ətrafında genişmiqyaslı hərbi təlimlərə başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, təlimlər yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə 08:00) başlayıb və avqustun 7-si günortaya kimi davam edəcək.
Qeyd edək ki, son günlər ABŞ Nümayəndələr Palatasınının sədri Nensi Pelosinin Tayvana səfər etməsi ABŞ və Çin arasında gərginliyə səbəb olub.