I qrup gözdən əlil şagird yüksək bal topladı


Ötən gün I ixtisas qrupu üzrə açıqlanan imtahan nəticələrində ən yüksək bal toplamış məzunlardan biri də Əlizadə Nihatdır.

Yeniavaz.com "Azərbaycan Universitetləri"nə istinadən xəbər verir ki, Nihat I qrup görmə məhdudiyyətli şagirddir.
O, Sağlamlıq İmkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika İnternat Məktəbində təhsil alıb.
Nihat 596 bal toplayıb. O, fizika fənnindən 27 test tapşırığına doğru cavab yazıb.

DİGƏR XƏBƏRLƏR

Top