“Azəriqaz” Xırdalandakı hadisə ilə bağlı açıqlama yaydı


“Bu gün Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən binaların birində partlayış baş verib”.

Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” istehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib.

O, qeyd edib ki, hadisə rayonunda hüquq mühafizə orqanları istintaq aparır:

“Səbəb və nəticələr barədə məlumat veriləcək”.

Xatırladaq ki, Xırdalanda yaşayış binasında partlayış baş verib. Hadisə zamanı iki nəfər xəsarət alıb.

DİGƏR XƏBƏRLƏR

Top