Aİ-dən Azərbaycan və Ermənistana çağırış


Avropa İttifaqı Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında Laçın dəhlizi ətrafında və digər yerlərdə baş vermiş hərbi toqquşmaları dərhal dayandırmağa çağırıb.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin sözçüsü Peter Stanon bəyanat yayıb.
“Təəssüflər olsun ki, bu toqquşmalar artıq insan tələfatına və yaralanmalara səbəb olub. Gərginliyi azaltmaq, atəşkəsə tam hörmət etmək və danışıqla həll yollarını axtarmaq vacibdir”,- deyə o qeyd edib.
 

DİGƏR XƏBƏRLƏR

Top