"Ermənistan Qarabağdakı hərbçilərini çıxarır" - Erməni deputat


Ermənistanda hərbi xidmətə çağırılan və Qarabağa göndərilən hərbi qulluqçular xidmət müddətlərinin bitməsinə bir neçə gün qalmış təcili olaraq tərxis edilirlər.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı Ermənistan parlamentinin deputatı Tiqran Abramyan öz “Facebook” səhifəsində qeyd edib.
Erməni deputatın sözlərinə görə, Ermənistandan Qarabağa hərbi çağırış sonuncu dəfə 2020-ci ilin iyul-avqust ayında keçirilib. 44 günlük müharibə, həmçinin 2021-ci ilin qışında Ermənistandan Qarabağa çağırışçı göndərilməyib.
 “İki il əvvəl Ermənistandan hərbi xidmətə çağırılan çağırışçıların Qarabağdakı son qrupu 2022-ci ilin avqustunda tərxis olunmalı idi. Lakin görünür Azərbaycanın tələbi ilə tərxis prosesi daha tez həyata keçirilib”, - deyə deputat yazıb.

DİGƏR XƏBƏRLƏR

Top