Ermənilərin bugünkü itkiləri açıqlandı - Yenilənib


Qarşıdurma nəticəsində erməni tərəfində ölü sayı 4-ə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə erməni mənbələri məlumat yayıb.
Bildirilib ki, ümumilikdə, 15 əsgər yaralanıb, onlardan 1 nəfərin vəziyyəti ağırdır.
Ölən ilk erməni əsgəri Kəlbəcərin Heyvalı kəndi istiqamətində gedən döyüşlərdə həlak olub. Heyvalı kəndi Ağdərəyə gedən yolun üzərində yerləşir. Məlumatlara görə, həmin kənddə separatçı silahlı dəstələrinin hərbi hissəsi vurulub.

***16:16
Xəbər verdiyimiz kimi, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.
Yeniavaz.com
xəbər verir ki, erməni mənbələrində bugünkü qarşıdurmada Qarabağdakı separatçı qüvvələrin verdiyi itkilər açıqlanıb.
Bildirilib ki, 1 erməni həlak olub. Biri ölümcül olmaqla 8 hərbçi isə yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top