
Latviya millisinin keçmiş futbolçusu Andrey Rubin 43 yaşında vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Latviya Futbol Federasiyası məlumat yayıb.
Futbolçunun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Rubin müxtəlif zamanlarda Azərbaycanın “İnter” (Bakı), “Qarabağ” (Ağdam) və “Simurq” (Zaqatala) klublarında çıxış edib.