Hərbi liseylərə qəbul imtahanının nəticələri açıqlandı


Dövlət İmtahan Mərkəzi Müdafiə Nazirliyinin hərbi liseylərinə iyulun 31-də keçirilmiş qəbul imtahanının nəticələrini elan edib.

Mərkəzdən Yeniavaz.com-a bildirilib ki, imtahan vermiş abituriyentlər imtahanın nəticələri, “cavab kartı” və “cavab vərəqə”nın qrafik təsviri, həmçinin qiymətləndirmə meyarları ilə DİM-in saytında buradan tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirakı gözlənilən 1735 abituriyentdən 41 nəfər imtahana gəlməyib.

İmtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM avqustun 5-dən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 4 avqust saat 10:00-dan 6 avqust saat 17:00-dək apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur.

DİGƏR XƏBƏRLƏR

Top