Pelosinin Tayvan səfəri başa çatdı


ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin qalmaqallı Tayvan səfəri başa çatıb.
Yeniavaz.com
ABŞ mediasına istinadən xəbər verir ki, xanım diplomat səfər çərçivəsində Tayvan hökumətinin rəhbəri Tsay İnq-ven və başqa rəsmi şəxslərlə görüşlər keçirib.
Görüşlər zamanı əsas  mövzu Tayvan və ABŞ arasında ikitərəfli əlaqələrin müzakirəsi olub.
Qeyd edək ki, Nensi Pelosinin Tayvana reallaşdırdığı səfər Çin tərəfindən sərt tənqid edilib.
Rəsmi Pekin sözügedən səfəri ölkə bütünlüyünə və suverenliyinə qarşı təxribat adlandırıb.

DİGƏR XƏBƏRLƏR

Top