Pentaqon Şoyqunun dediklərini təkzib etdi: "Açıq-aşkar yalandır"


Vaşinqton Rusiya Müdafiə Naziriyinin Ukraynada məhv edildiyi iddia edilən “HIMARS MLRS” ilə bağlı yaydığı məlumatları təkzib edib. 
Yeniavaz.com
Reuters-ə istinadən xəbər verir ki, bundan əvvəl Rusiya Müdafiə Naziri Sergey Şoyqu döyüşlər zamanı 6 "HIMARS" və 33 "M777" haubitsasının məhv edildiyini açıqlayıb.
“Müdafiə naziri Şoyqunun son iddialarından xəbərdarıq. Bildirmək istərdik ki, bu yenə də açıq-aşkar yalandır”, - deyə Pentaqonun sözçüsü vəzifəsini icra edən Todd Bressail bildirib.
Sözçü həmçinin qeyd edib ki, Ukrayna “HIMARS” sistemindən yüksək dəqiqliklə və səmərəli şəkildə istifadə edir.

DİGƏR XƏBƏRLƏR

Top