Tanınmış aparıcı Jalə Həsənli İctimai Televiziyadan (İTV) ayrılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində yazıb:
“Artıq bir müddətdir ki, İctimai Televiziya ilə yollarımız ayrılıb! İctimai TV-nin mənim həyatımda çox fərqli bir yeri oldu. TV fəaliyyətimdə unuda bilməyəcəyim iki hadisə məhz bu kanalda yaşandı. İllərdir arzusunda olduğumuz qələbə xəbərinin ilk sədasını bu kanal vasitəsi ilə tamaşaçılarımıza çatdırdım. Bu xəbər mənə bir anın içində minlərlə sevgi, hörmət qazandırdı. O xəbərdən 2 il keçsə də hələ də məni görəndə qələbə xəbərini xatırlayıb, gözləri dolan insanlar görürəm. Var olun”.
Xatırladaq ki, J. Həsənli Vətən müharibəsi başlayan zaman cəbhədəki ilk qələbə xəbərini verərəkən göz yaşlarını saxlaya bilməmiş və bu hadisə ölkə və dünya mətbuatında geniş işıqlandırılmışdı.