"Yoluxmadan sonra da ana körpəsini öz südü ilə qidalandıra bilər”


“COVID-19-a yoluxan analar körpəyə süd verə bilər”.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi Erkin Rəhimov deyib.

Onun sözlərinə görə, aparılan elmi tədqiqatlar onu göstərir ki, virus ana südü ilə uşağa keçmir: “Buna görə yoluxmadan sonra da ana körpəsini öz südü ilə qidalandıra bilər”.

Ekspert qeyd edib ki, bu zaman diqqət edilməli məqamlar var: “Süd verən zaman ana maska taxmalı, əl təmizliyinə riayət etməlidir. Uşağı qidalandırdıqdan sonra virusa yoluxmuş ana iki metr uzaqda olmalıdır. Südü butulka ilə uşağa yedirən zaman da butulka təmizlənməlidir. Çünki ana südünün faydası virusun körpəyə ötürülməsi riskindən daha üstündür”, - Erkin Rəhimov bildirib.

DİGƏR XƏBƏRLƏR

Top