Ölkənin aparıcı apteklər şəbəkəsinə sahib olan “Buta Farm” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə (Yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulması) inzibati protokol tərtib edilib.
Yeniavaz.com xəbər verir ki, “Buta Farm” barəsində tərtib olunan protokola Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyilə baxılacaq.
Məlumat üçün bildirək ki, “Buta Farm” MMC – 08.07.2008-ci il tarixində dövlət qeydiyyatına alınıb. MMC Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə, ev 1022 ünvanında qeydiyyatdadır. Nizamnamə kapitalı 500 manat olan MMC-nin qanuni təmsilçisi Heydərli Cavad Müşviq oğludur.
A. Cəfərov