"Hayastan" fraksiyası deputat mandatından imtina edir


Ermənistanın müxalif “Hayastan” fraksiyası deputat mandatından imtina etmək qərarına gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.
Bildirilib ki, söhbət təkcə indiki deputatlardan deyil, parlamentdə yer almaq üçün bütün potensial namizədlərdən gedir və onların sayı 153 nəfərdir.
Qeyd edilib ki, hələlik bu qərarı Daşnaksütyun Partiyası yekdilliklə dəstəkləyib. Onun nümayəndəsi, deputat Qeqam Manukyan bu məlumatı şərh etməyib.
Xatırladaq ki, "Hayastan" fraksiyası Ermənistan parlamentində 29 deputatla təmsil olunur.

DİGƏR XƏBƏRLƏR

Top