“Semaşko”nu məhkəməyə verdilər


Kliniki Tibbi Mərkəz (“Semaşko”) barəsində İnzibati Xətalar Məcəlləsinin 538.1-ci maddəsi ilə (Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına və (və ya) ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları (metodları) ilə yerinə yetirilməsinə görə) inzibati protokol tərtib edilib.
Yeniavaz.com
 xəbər verir ki, “Semaşko” barəsində tərtib olunan protokola Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə avqust ayının 12-i saat 11:00-da baxılacaq.
Məlumat üçün bildirək ki, iddia təmin olunarsa “Semaşko” 4 min manatadək cərimələnəcək.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top