Əli Əsədov İranın Birinci vitse-prezidentinə başsağlığı verdi


Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov İran İslam Respublikasının Birinci vitse-prezidenti Məhəmməd Moxberə başsağlığı məktubu ünvanlayıb.

Nazirlər Kabinetindən Yeniavaz.com-a verilən xəbərə görə, Baş nazir Ə.Əsədov İranda baş vermiş təbii fəlakət nəticəsində böyük insan tələfatı və dağıntılar barədə xəbərdən kədərləndiyini bildirib, faciə ilə əlaqədar M.Moxberə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.

DİGƏR XƏBƏRLƏR

Top