
Ukrayna Silahlı Qüvvələri Xerson bölgəsində 46 yaşayış məntəqəsini azad edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Xerson hərbi administrasiyasının rəhbəri Dmitri Butriy “Interfax-Ukraina”ya açıqlamasında deyib. O bildirib ki, azad edilən kəndlərin 90 faizi dağıdılıb. Həmin yerlər davamlı top atəşinə tutulur, insanlar isə oranı tərk edib.