Azərbaycanda koronavirusa 102 yeni yoluxma qeydə alınıb, 104 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Yeniavaz.com-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Məlumata görə, sutka ərzində koronavirusdan ölən olmayıb.
Ölkədə indiyədək 798 940 nəfər koronavirusa yoluxub. Onlardan 786 786 nəfər müalicə olunaraq sağalıb, 9 748 nəfər vəfat edib, aktiv xəstə sayı 2 406 nəfərdir.
Ölkədə son sutka ərzində 2 128, hazırkı dövrədək isə 7 047 555 test aparılıb.