Sabiq erməni nazir Qarabağa buraxılmadı


Ermənistanın keçmiş xarici işlər naziri Raffi Ovannisyan Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonası olan Qarabağ ərazilərinə buraxılmayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Raffi Ovannisyanın təsis etdiyi İrs Partiyası bəyanat yayıb.
Bildirilib ki, ötən gecə nəvəsinin xaç suyuna salınma mərasimində iştirak etmək üçün Xankəndiyə gedərkən Rusiya sülhməramlıları tərəfindən Raffi Ovannisyanın Qarabağa girişi əngəllənib.
Ermənistan Milli Təhlükəsizlik Xidmətindən bildirilib ki, Raffi Ovannisyanın girişinə qadağa qoyulması ilə Ermənistanın heç bir əlaqəsi yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top