AzTV-nin aparıcısına nazirlikdə vəzifə verildi


Teleaparıcı Tural Orucov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində (RİNN) vəzifə alıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “ASAN xidmət”in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev feysbukda bildirib.
Onun sözlərinə görə, T. Orucov RİNN yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi təyin olunub.
Qeyd edək ki, T. Orucov uzun illər AzTV-də aparıcı kimi çalışıb və İnformasiya proqramları studiyasının redaktoru vəzifəsini icra edib.

DİGƏR XƏBƏRLƏR

Top