Məşhur “Bığ” restoranının sahibinin qardaşı oğlu Ukraynada qətlə yetirildi - Təfərrüat + Fotolar


Ukraynada gənc azərbaycanlı iş adamı öldürülüb.

Yaxınlarının Yeniavaz.com-a verdiyi məlumata görə, 33 yaşlı Sənan Qəniyev kəsici alətlə qətlə yetirilib.
Qeyd olunub ki, hadisə iş adamının Türkiyə vətəndaşı ilə arasındakı borc qalmaqalına görə baş verib. Belə ki, S. Qəniyev ona olan borcunu ödəməsi üçün Türkiyə vətəndaşı ilə görüş təyin edib və görüş yerinə yaxınları ilə birlikdə gedib. Aralarında yaranan mübahisədən sonra Türkiyə vətəndaşı S. Qəniyevi qətlə yetirib.
Qeyd edək ki, Sənan Qəniyev əslən Kürdəmir rayonundandır. O, Kürdəmirdə məşhur olan “Bığ” restoranının sahibi, mərhum Səyyad Qəniyevin qardaşı oğludur.





DİGƏR XƏBƏRLƏR

Top