Kosovo serblərlə qarşıdurmaya səbəb olan qərarı təxirə saldı


Kosovo hökuməti etnik serblərin çoxluq təşkil etdiyi ərazilərdə insanları Serblər tərəfindən verilmiş avtomobil nömrələrini Kosovoda verilmiş nömrələrlə dəyişməyə məcbur edən yeni qaydaların tətbiqini təxirə salıb.
Yeniavaz.com
BBC-ə istinadla xəbər verir ki, qaydaların icrası ABŞ və Aİ ilə məsləhətləşmələrdən sonra bir ay təxirə salınıb.
Qeyd edək ki, qaydalar bazar ertəsi – avqustun 1-i gecə yarısı qüvvəyə minməli idi. Lakin bazar günü şimalda etnik serblər yollarda barrikada qurub və silahlı şəxslər etiraz olaraq atəş açıblar.
Kosovo birtərəfli qaydada Serbiyadan müstəqilliyini 2008-ci ilin fevralında, onun serblərlə əsasən alban sakinləri arasında uzun illər davam edən gərgin münasibətlərdən sonra elan edib.
O, ABŞ və Avropa Birliyinin əsas ölkələri tərəfindən tanınıb, lakin müttəfiqi Rusiyanın dəstəklədiyi Serbiya, Kosovodakı əksər etnik serblər kimi ölkənin müstəqilliyini tanımaqdan imtina edir.
Şimalın əksər serb ərazilərində yaşayan təxminən 50 min nəfər Serbiya hakimiyyəti tərəfindən verilmiş avtomobil nömrələrindən istifadə edir və Kosovo qurumlarını tanımaqdan imtina edir.
Kosovo hökumətinin yeni qaydalar tətbiq etmək qərarı, o cümlədən serb nömrələrinin Kosovo nömrələri ilə dəyişdirilməsi qarşıdurmalara səbəb olub.
ABŞ səfiri Cefferi Hovenayr deyib ki, o, Kosovo hökumətindən avtomobil nömrələri ilə bağlı qərarın icrasını 30 gün təxirə salmağı xahiş edib, çünki görünür, bu qərarla bağlı dezinformasiya və anlaşılmazlıq olub.
Bundan sonra Kosovo yeni qaydaları 30 gün təxirə salmağa razılaşıb.

DİGƏR XƏBƏRLƏR

Top