Serbiya-Kosovo sərhədində atəş səsləri eşidilib


Bu gün Kosovonun şimalındakı Mitrovitsada silahlı toqquşmalar başlayıb. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Jerusalem Post” məlumat yayıb .
Bildirilir ki, yerli sakinlər atəş səsləri eşidiblər. Şəhərdə sirenalar işə salınıb, kilsələrdə zənglər çalınır. Toqquşma bölgəsində çoxlu sayda təcili yardım maşını görünüb. Ərazidə bəzi yolların bağlandığı bildirilir.
Serbiya prezidenti Aleksandar Vucic Serbiya heç vaxt indiki qədər mürəkkəb və çətin vəziyyətdə olmayıb. O, tərəflərdən sakit olmağı xahiş edib.
Qeyd edək ki, vətəndaşların narazılığına səbəb Kosovoda səyahət qaydalarının dəyişdirilməsi olub. Serbiyadan gələn sərnişinlərə geri dönmələri tövsiyə olunur.
Məlumat üçün bildirək ki, Serbiyanın bir əyaləti olan Kosovo 1998-1999-cu illərdəki amansız müharibədən on il sonra, 2008-ci ildə müstəqilliyini elan edib. 
Kosovonun müstəqilliyini BMT-yə üzv olan 193 ölkədən 97-si, Avropa Birliyinə üzv olan 27 ölkədən 22-si tanıyıb. 

 

DİGƏR XƏBƏRLƏR

Top