"Cənab Putin yarı zarafat, yarı ciddi "Ukraynaya PUA verirsiniz, bizə versəniz, biz də almaq istərdik" dedi. Prezidentimiz (Ərdoğan -red.) gülümsədi".
Yeniavaz.com xəbər verir ki, bu sözləri Türkiyə prezidentinin sözcüsü İbrahim Kalın deyib.
İbrahim Kalın bildirib ki, Rusiya prezidenti də onların mövqeyindən xəbərdardır: "Biz Ukraynanın özünümüdafiə hüququnu tanıyırıq. Amma biz bunu müharibəni qızışdırmaq üçün yox, onu tez bir zamanda bitirmək üçün edirik".