2 ay əvvəl yaranan şirkət 165 min manata AMEA üçün elmi-tədqiqat işləri görəcək – Təfərrüat


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi "MF-SISTEM” MMC (VÖEN - 1307660171) olub.
"MF-SISTEM” MMC Neft-Kimya Prosesləri İnstitutu üçün 2 ay ərzində elmi-tədqiqat işləri üzrə təcrübə və təcrübə-sınaq işləri aparacaq və qarşılığında 165 min manat alacaq.
Məlumat üçün bildirək ki, 165 min manatlıq tender müsabiqəsinin qalibi olan "MF-SISTEM” MMC tender elanından təxminən 2 ay əvvəl dövlət qeydiyyatına alınıb.
Neft-Kimya Prosesləri İnstitutu tender müsabiqəsini 17.06.2022-ci il tarixində elan edib. Qalib şirkət isə 08.04.2022-ci il tarixində qeydiyyata alınıb.
Nizamnamə kapitalı 10 manat olan "MF-SISTEM” MMC-nin hüquqi ünvanı "Yasamal rayonu, H.Q.Mustafayev, ev 11”-də yerləşir. Qanuni təmsilçisi isə Kərimova Qənirə Məzahim qızıdır.
Maraqlıdır ki, son zamanlar "MF-SISTEM” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda onlarla şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi də eyni şəxslər olub. "MF-SISTEM” MMC-nin qanuni təmsilçisi Kərimova Qənirə Məzahim qızı eyni gündə, eyni ünvanda və eyni nizamnamə kapitalı ilə qeydə alınan daha 4 şirkətə - "UNI SERVIS TC" MMC (VÖEN-1307659781), "ORION MS" MMC (VÖEN-1307660041), "LM HOLDINQ-L" MMC (VÖEN-1307659801) və "ART DIZAYN-TS" MMC-yə (VÖEN-1307659931) rəhbərlik edir.
Onu da qeyd edək ki, cəmi 3 ay əvvəl yaranan bu şirkətlər artıq bir-neçə tenderin qalibi olmağı bacarıb.
Aşağıdakı linkə daxil olaraq bu barədə ətraflı məlumat ala bilərsiniz:
3 ay əvvəl yaranıb yarım milyonluq tenderləri udan müəmmalı şirkətlər - Siyahı

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top