“Qarabağ”ın oyununa 4 saata 13 min 500 bilet satıldı


"Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində avqustun 3-ü "Ferenstvaroş"a  (Macarıstan) qarşı keçirəcəyi ev oyunu biletlər bu gün saat 11:00-da satışa çıxarılıb və ilk 4 saat ərzində 13 min 500 bilet satılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumata verilib.

Məlumat da bildirilir ki, biletlərin qiyməti müvafiq olaraq 5, 10, 20, 50 və 75 manat təşkil edir.

Qeyd edək ki, "Qarabağ"la "Ferentsvaroş" arasında  ilk görüş avqustun 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq. Cavab görüşü isə avqustun 9-u Budapeştdə keçiriləcək. Bu qarşılaşmaya da yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) start veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top