Bazar günü Əfqanıstanla sərhəddə İran sərhədçiləri ilə "Taliban" qüvvələri arasında silahlı toqquşma olub.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bunu Sistan və Bəlucistan əyalətinin Helmand (Xirmand) rayonunun rəhbəri Meysəm Barazande deyib.
O bildirib ki, ehtimal olunan qurbanlar barədə məlumatlar araşdırılır.
"Sərhədçilər ilə "Taliban" qruplaşması arasında toqquşmalar davam edir", - deyə IRNA agentliyi məlumat yayıb.
Hadisənin səbəbləri barədə məlumat verilməyib.