Baydenin koronavirus testi yenidən müsbət çıxdı


Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Co Bayden iyulun 21-də koronavirusa yoluxmuş və özünü təcrid etmişdi.
Yeniavaz.com
xəbər verir ki, Ağ Evdən verilən açıqlamaya görə, Baydenin bu gün verdiyi koronavirus testi müsbət çıxıb.
Heç bir əlaməti olmadığı və səhhətinin yaxşı olduğu bildirilən Baydenin təcrid prosesinin davam edəcəyi açıqlanıb.
Bayden müsbət testi ilə bağlı sosial media hesabında bu açıqlamanı verdi:
“Bu gün mənim korona virus testim yenidən müsbət çıxdı. Heç bir əlamətim yoxdur, amma ətrafımdakıların təhlükəsizliyi üçün özümü təcrid edəcəm. Mən hələ də işləyirəm və tezliklə yenidən yola davam edəcəyəm”.
Qeyd edək ki, iyulun 27-də ABŞ prezidentinin testinin mənfi çıxdığı açıqlanmış, qızdırmasının aşağı düşdüyü bildirilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top