Nensi Pelosinin təyyarəsi radarlardan itdi


ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosini daşıdığı bildirilən 09-0540 qeydiyyat nömrəli ABŞ Hərbi Hava Qüvvələrinə məxsus Boeing C-40C təyyarəsinin yeri gizlədilib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, təyyarə Honolulu hava limanına endikdən sonra xəritədən itib.
Qeyd edək ki, bir neçə gündü, Pelosinin Tayvana mümkün səfəri müzakirə edilir. Bu səbəblə Çin Hərbi Dəniz Qüvvələri Cənubi Çin dənizində iki günlük təlimlər keçirməyə başlayıb. Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefei isə bildirib ki, Pelosi Tayvana səfər etmək qərarına gəlsə, Çin hərbçiləri boş oturmayacaqlar.

 

DİGƏR XƏBƏRLƏR

Top