“Danışıqlara qayıdılması üçün döyüş meydanında nəsə baş verməlidir”


Döyüş meydanında dəyişiklik olarsa, Rusiya və Ukrayna arasında sülh danışıqları bərpa oluna bilər. 
Yeniavaz.com
“lenta.ru”ya istinadla xəbər verir ki, bu sözləri Rusiya Beynəlxalq Əlaqələr Şurasının baş direktoru Andrey Kortunov deyib.
“Tərəflərin danışıqlar masasına qayıtmağa hazır olması üçün döyüş meydanında nəsə baş verməlidir. Düşünürəm ki, bu, hər iki tərəfin hərbi əməliyyatlar zamanı vəziyyətdə heç bir həlledici dəyişikliyə nail ola bilməyəcəklərini etiraf etmək məcburiyyətində qalacağı bir dalana dirənir”, - deyə o qeyd edib.
Politoloq həmçinin qeyd edib ki, danışıqların bərpası üçün hər zaman şanslar var. Lakin onların bərpası həm Rusiyadan, həm də Ukraynadan siyasi iradə tələb edir.


 

DİGƏR XƏBƏRLƏR

Top