Cüdoçumuz gümüş medal qazandı


Avropa Gənclərin Yay Olimipiya Festivalında mingəçevirli cüdoçu gümüş medal qazanıb.

Yeniavaz.com xəbər verir ki, Slovakiyada keçirilən yarışda 81 kiloqram çəki dərəcəsində çıxış edən İsmayıl Zamanov dörd görüş keçirib.
Təmsilçimiz Xorvatiya, İspaniya və Bolqarıstan idamançılarına qalib gələrək finala yüksəlib. Bu mərhələdə cüzi fərqlə Ukrayna təmsilçisinə uduzan İsmayıl Zamanov gümüş medala yiyələnib.
Bundan sonrakı günlərdə cüdoçumuz Slovakiyada komandalar arası yarışda Azərbaycanın gənclərdən ibarət cüdo millisini təmsil edəcək.
Qeyd edək ki, İsmayıl Zamanov bu il cüdo üzrə Avropa kubokunun sahibi olub.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top